Insight Portal
Code Insight Portal

Lead sayı
Tələbə payı

Son 2–3 ayın payı hələ yekunlaşmayıb: bu leadlər hələ qərara çatmayıb, ona görə aşağı görünür.

İllər üzrə
Funnel

Mərhələyə klikləyin: səhifə yalnız həmin mərhələyə çatan lead-lər üzrə hesablanır. Təkrar klik ləğv edir.

Görüşdə yaranan lead üçün görüşə gəlmə 100%-dir (lead görüş üçün açılıb). Çağırışla gələnlərin real keçidini görmək üçün 'Çağırışla gələn' seçin. Son 2–3 ayın lead-ləri hələ bütün mərhələlərdən keçməyib.

Zamana görə funnel (lead-in yarandığı dövrə görə)

Hər nöqtə həmin dövrdə yaranan lead-lərin sonradan mərhələyə nə qədərinin çatdığını göstərir. Lead növü seçimi (yuxarıda) burada da tətbiq olunur. Son 2–3 ayın payı hələ yekunlaşmayıb, aşağı görünür.

Mərhələ keçidləri
Keçid müddəti (gün)

Müqavilə → ilk real ödəniş: müqavilənin yaranmasından PaymentTransitions-dakı ilk müsbət ödənişə qədər gün (mənfi olanlar sayılmır).

Kanal qrupu üzrə (leadlərin neçə faizi mərhələyə çatıb)
Data keyfiyyəti

Seçilmiş ayı keçən ay, keçən ilin eyni dövrü (YTD) və ümumi ortalama ilə müqayisə edir. Bu səhifə soldakı tarix filtrinə tabe deyil, öz ay seçimi var. Lead sayına saxta müraciətlər (trash) daxil deyil. Görüş və Qeydiyyat iş günü ilə (bazar ertəsi–şənbə, bayramsız), Lead təqvim günü ilə hesablanır.

Aylıq: bu il və keçən il
İlin əvvəlindən yığılmış (YTD)
Aylar ümumi ortalamadan nə qədər yuxarı və ya aşağıdır
Lead sayı (kanal qrupu üzrə)
Tələbə payı (kanal qrupu üzrə)
Aylıq lead sayı, kanal qrupu üzrə
Mənbə üzrə ətraflı

Organic = qapıdan gələn: mənbəsi boş (və ya organic) olan və görüşdə yaranan lead (ilk görüş lead yarandıqdan ən çox 60 dəqiqə sonra), həmçinin mənbəsi "organic" yazılanlar. Mənbə sahəsi doludursa lead həmin mənbədə qalır. Mənbəsiz = mənbəsi boş və görüşdə yaranmayan lead.

Bu səhifədə tarix filtri görüşlərə görüşün, qeydiyyata müqavilənin imza tarixinə tətbiq olunur. Kanal qrupu filtri burada işləmir. Soldakı "Məsləhətçi" siyahısı yalnız bu səhifədə görünür.

Məsləhətçi × proqram

Məsləhətçinin adına klikləyib proqramlar üzrə bölgünü aça bilərsən. Yeni: lead-in ilk görüşü (adam 3 aydan sonra gələndə yeni lead olur, o da Yeni sayılır). Təkrar: lead-in sonrakı görüşləri, bazada çox vaxt yazılmır. Qeydiyyat: imzalanan və ləğv olunmamış müqavilə (imza tarixinə görə), məsləhətçi = lead-in ilk görüşünü aparan, görüşü yoxdursa müqaviləni imzalayan. Qeydiyyat % = Qeydiyyat / Yeni. Lead-in bir neçə proqramı olanda görüş hər proqramda sayılır, ona görə görüş sütunlarının proqram cəmi məsləhətçinin cəmindən böyük ola bilər. Qeydiyyatın proqramı müqavilənin yazıldığı qrupun proqramıdır, hər müqavilə yalnız bir proqramda sayılır.

Məsləhətçi üzrə görüşlər
Proqram üzrə görüşlər
Zamanla
Gün üzrə

Gündəlik cədvəl: Yeni və Təkrar görüşün, Qeydiyyat müqavilənin imza tarixinə görə sayılır. Qeydiyyat % = Qeydiyyat / Yeni. Soldakı tarix və məsləhətçi filtri tətbiq olunur.

Əməkdaşlar eyni rolda müqayisə olunur: CRM zəng edib dəvət edir, Reception qapıdan gələni və daxil olan zəngləri qəbul edir, məsləhətçi görüşü aparır. Rolu bilinməyən və menecersiz leadlər yalnız "Hamısı" seçiminə düşür. Bot və başqa şöbəyə keçən əməkdaşlar göstərilmir. Artıq çalışmayanların adının yanında qeyd var.

Lead sayı (menecer üzrə, ən çox 15)
Tələbə payı (menecer üzrə)

Lead sayı az olan menecerlərdə pay dalğalı ola bilər, sütunun üstünə gələndə lead sayı görünür.

Menecer üzrə ətraflı
Menecer necə təyin olunub (lead sayı)

Leads.UserId dolu olan lead "Bazadan" sayılır. Boşdursa menecer qaydalarla müəyyən edilir: görüş tapşırığından, zəng tapşırığından (görüşdən əvvəl son zəng edən; Reception-un görüş günü xatırlatma zəngi yalnız başqa zəng olmayanda sayılır), qeyddən, son zəngdən və ya lost qeydindən. 2025-dən sonra leadlərin təxminən 77%-də UserId boşdur, ona görə bu cədvəl rəqəmlərin nə qədərinin qaydalarla tapıldığını göstərir.

Median = lead-lərin yarısı bu müddətdən tez, yarısı gec irəliləyir. Yalnız irəliləyən lead-lər sayılır (görüşə gələn, imza atan), "Görüşdə yaranan" lead-lər lead-əsaslı göstəricilərdən çıxarılıb. Son 1–2 ayın lead-ləri hələ uzun gözləyə bilmədiyi üçün müddət qısa görünür.

Müddətin paylanması (qrup üzrə lead sayı və payı)

Sütuna klikləyin: səhifədəki bütün kartlar və cədvəllər yalnız həmin müddətə düşən lead-lər üzrə hesablanır. Təkrar klik filtri ləğv edir.

Kanal qrupu üzrə
Məsləhətçi üzrə (ilk görüşü aparan)

Lead sayı 10-dan az olan sətirin medianı göstərilmir (etibarlı deyil).

Menecer üzrə ilk əlaqə

Görüşə gələn lead-lərdə menecer CRM-də boşdur, ona görə menecer üzrə yalnız ilk əlaqə ölçülür. Gün müddətləri məsləhətçi cədvəlindədir.

Lead siyahısı
Aylıq trend (median, gün)

Ay = lead-in yaranma ayı. Son 1–2 ay yarımçıqdır: hələ görüşə gəlməyən və imza atmayan lead-lər burada yoxdur, ona görə median qısa çıxır.

Lead-lər hansı səbəblə lost olub
Kanal qrupuna görə səbəb bölgüsü (hər kanalın 100%-i)

"Digər": menecer CRM-də özü "Digər" seçib, dəqiq səbəb göstərilməyib. "Az rast gəlinən səbəblər": ilk 8 səbəbdən kənar qalan konkret səbəblərin cəmidir (qrafik oxunaqlı qalsın deyə birləşdirilib), tərkibi sütunun üstünə gələndə görünür.

Çərçivədən kənar: nə yazılıb

Menecerlər "Çərçivədən kənar" səbəbini çox müxtəlif hallar üçün seçir. Növlər qeydin mətnindəki açar sözlərə görə təxmini ayrılıb (təqaüd proqramı, vakansiya, kredit, CFF və korporativ, maraqlanmır). Saxta və ya yanlış müraciətlər (saxta, fake, müraciət etməyib, yanlışlıqla və s.) trash sayılır, Lead sayından çıxarılır və bu qrafikdə yoxdur. "Maraqlanmır" əslində adi lost səbəbidir və səhvən bu səbəblə bağlanıb. "Digər" mətni açar sözlərlə tanınmayanlardır. Dəqiq ayırmaq üçün CRM-də bu səbəblər ayrıca seçim kimi əlavə edilməlidir. Aylar lost olunma ayıdır, kanal və tarix filtri tətbiq olunur.

Səbəb "Proqram": lead əslində nə istəyirdi

Lost səbəbi "Proqram" olan lead-lərin qeyd mətni açar sözlərlə qruplaşdırılıb, ilk uyğun gələn növ sayılır (bir qeyddə bir neçə proqram varsa yalnız biri). Tünd rəng: bizdə tək başına belə proqram və ya format yoxdur (Java, Python, QA, Data Science, mobil, AutoCAD, C++/C#/PHP, online). Açıq rəng: proqram bizdə var, amma lead başqa adla və ya yalnız bir hissəsini istəyib, ya da qeyd konkret deyil. Növlər təxminidir, dəqiq ölçmək üçün CRM-də bu səbəbin altında ayrıca seçim olmalıdır. Aylar lost olunma ayıdır, kanal və tarix filtri tətbiq olunur.

Zamanla (lost olunma ayı və ya ili)

"Digər": menecer CRM-də özü "Digər" seçib, dəqiq səbəb göstərilməyib. "Az rast gəlinən səbəblər": ilk 8 səbəbdən kənar qalan konkret səbəblərin cəmidir (qrafik oxunaqlı qalsın deyə birləşdirilib), tərkibi sütunun üstünə gələndə görünür.

Lost tarixi qeydi olmayan lead-lər (məsələn Leads.Status = 2 və ya 4, amma lost qeydi yoxdur) bu qrafikdə görünmür.

Səbəb üzrə cədvəl
Menecer üzrə

"Digər payı" menecerin səbəbi nə qədər dəqiq seçdiyini göstərir: yüksəkdirsə, səbəb ümumi "Digər" kimi qeyd olunur.

Bu səhifədə tarix filtri müqavilənin yaranma tarixinə tətbiq olunur (digər səhifələrdə lead-in yaranma tarixinə).

Ləğv payı (müqavilənin yarandığı dövrə görə)

Son aylarda payı aşağı görünə bilər: bu müqavilələr hələ ləğv olunmaya bilər.

Ləğv nə vaxt olub: dərs başlamazdan əvvəl və ya sonra

Ləğv tarixi qrupun başlama tarixi ilə müqayisə olunur: ləğv günü qrup başlayandan əvvəldirsə "dərs başlamazdan əvvəl", başlama günü və ya sonrakı gündürsə "dərs başladıqdan sonra". Dövr müqavilənin yarandığı aydır (yuxarıdakı ləğv payı kimi). Son aylarda ləğvlər hələ tam yığılmayıb. Qrupu və ya başlama tarixi olmayan müqavilələr ayrıca boz rəngdədir. Sütunun rəngli hissəsinə klikləyin: səhifədəki bütün kartlar, qrafiklər və cədvəl yalnız həmin dövrün və həmin ləğv vaxtının ləğvlərinə görə hesablanır. Təkrar klik filtri ləğv edir.

Ləğv səbəbləri

Ətraflı səbəblər 2026-dan qeyd olunur. Əvvəlki ləğvlər əsasən köhnə ümumi səbəbdir: "(digər)" yazılı olanlar ("Öz istəyi ilə (digər)", "Code tərəfindən (digər)") ətraflı səbəb seçilməyən ləğvlərdir.

İl üzrə

Texniki ləğv: yenidən rəsmiləşdirmə və ya dublikat, itki sayılmır. Ətraflı səbəbli: 3-12 kodlu səbəblər.

Aylıq hədəflər və fakt

Hədəflər bazadakı MonthlyTargets və MonthlyEducationTargets cədvəllərindəndir. Main = əsas hədəf, Nice = olsa daha yaxşı, Well = olsa super. Hədəf bütün şirkət üçündür, sol filtrlər bu səhifəyə tətbiq olunmur.

Lead: həmin ayda yaranan lead (trash xaric). Görüş: həmin ayda görüşü olan unikal lead. Qeydiyyat: həmin ayda imzalanan Fərdi müqavilə (ləğvsiz, bonus qrup sətri olmayan, qiyməti 0-dan böyük). Satış məbləği: həmin müqavilələrin qiymət cəmi.

Proqram üzrə satış hədəfi

Satış tələbənin yazıldığı qrupun proqramına görə sayılır. Hədəfdə birləşdirilmiş proqramlar bir sətirdə göstərilir. Proqram hədəfi Main səviyyəsinə uyğundur (cəmi aylıq Main satış hədəfinə bərabərdir). Satış komandasının cədvəli bəzi müqavilələri tələbənin ilk müraciət etdiyi proqrama yaza bilər, ona görə kiçik fərq ola bilər.

Gəlir real ödəniş tarixinə görədir (geri qaytarmalar çıxılır), plan taksitin planlı tarixinə görə. Tarix filtri bu ikisinə tətbiq olunur. Borc və gözlənilən gəlir bu günə görə hesablanır, tarix filtrinə tabe deyil. Kanal, proqram və tələbə növü filtrləri hər şeyə tətbiq olunur.

Aylıq hədəflər

Hədəf bazadakı MonthlyTargets cədvəlindəndir (TotalCash = nağd satış + taksit yığımı). Hədəf bütün şirkət üçündür: kanal, proqram və növ filtrləri seçilibsə real rəqəm də süzülür, hədəflə müqayisə üçün hamısını seçili saxlayın.

İmzalanan müqavilələrin qiymət cəmi (gəlir deyil). Hədəf: MonthlyTargets.SalesAmountMain, Nice, Well.

Proqnoz təxmindir. Tempə görə: indiyə qədərki satışın iş günü ortalaması ay boyu davam edir. Keçmiş aylara görə: əvvəlki aylarda eyni iş gününə qədər satışın ay yekununda payına əsaslanır. İş günü = bazar ertəsi-cümə, bayramlar nəzərə alınmır.

Proqram üzrə satış hədəfi

Satış tələbənin yazıldığı qrupun proqramına görə sayılır. Hədəfdə birləşdirilmiş proqramlar bir sətirdə göstərilir. Proqram hədəfi Main səviyyəsinə uyğundur (cəmi aylıq Main satış hədəfinə bərabərdir). Satış komandasının cədvəli bəzi müqavilələri tələbənin ilk müraciət etdiyi proqrama yaza bilər, ona görə kiçik fərq ola bilər.

Yığım hədəfi = həmin ay hesaba gələn bütün pul: yeni müqavilələrdən nağd satış və əvvəlki müqavilələrin taksit yığımı. Hədəf: MonthlyTargets.TotalCash.

Xətt: ay ərzində yığılan xalis daxilolma. Qara nöqtəli xətt: hədəfə bərabər tempdir (hər gün eyni pay). "Yeni müqavilələrdən" həmin ayda imzalanan müqavilələrdən daxil olan puldur, "taksit yığımı" əvvəlki aylarda imzalanmış müqavilələrin taksitləridir. İmzalanan müqavilələrin dəyəri "Satış hədəfi" bölməsindədir.

Aylıq gəlir (real daxilolma) və plan

Sütunlar real daxil olan puldur, ödəniş növünə görə (nağd, Paşa terminal, API, Birbank, Kapital terminal). Xətt: həmin ay üçün planlaşdırılan taksitlərin cəmi. Real gəlir plandan fərqlənə bilər: gec və ya qabaqcadan ödənişlər, hissəli ödənişlər, geri qaytarmalar.

Gələn aylar üçün gözlənilən gəlir

Planlı tarixi gələcəkdə olan, hələ ödənilməmiş taksitlərin qalığı (ləğv olunmuş müqavilələr çıxılıb). Proqnozdur: hamısı vaxtında ödənməyə bilər.

Gecikmiş borc: gecikmə yaşı

Planlı tarixi keçmiş, ləğv olunmamış müqavilələrin ödənilməmiş qalığı. 180 gündən çox gecikmiş borcun real toplanma ehtimalı aşağıdır, ona görə ayrıca göstərilir.

Gecikmiş borcu olan müqavilələr
Kanal üzrə gəlir (seçilmiş dövrdə yaranan lead-lərin kohortu)

Seçilmiş dövrdə yaranan lead-lər və onların müqavilələri. "Daxil olan pul" bu lead-lərin bu günə qədərki bütün real ödənişləridir. Son aylarda yaranan lead-lərin ödənişləri hələ tam daxil olmayıb, ona görə yeni dövrlərdə rəqəm aşağı görünür. Kanal xərci (CPL, CAC) reklam xərci mənbəyi gələndən sonra əlavə olunacaq.

Lead başına daxil olan pul (kanal üzrə)
Ödəniş növü üzrə (seçilmiş dövr)
Ləğv olunmuş müqavilələrdə qalan pul

Ləğv olunmuş müqavilələr üzrə bütün zamanlar üçün real ödənişlər (seçilmiş filtrlərlə). Geri qaytarma mənfi ödəniş kimi sayılır. Qalan pul = ödənilən minus geri qaytarılan: cərimə və artıq təhsil alınmış keçən aylar. Mənfi ödənişin geri qaytarma olduğu IT ilə təsdiqlənməlidir.

Data keyfiyyəti

Məzun olub (diplom, honor, high honor, köhnə dövr), ləğv olunmayıb, amma ödənilməmiş qalığı olan tələbələr. Ümumi qalıq = bütün ödənilməmiş taksitlər; vaxtı keçmiş = son ödəniş tarixi keçmiş hissə; vaxtı çatmamış = hələ gəlməmiş taksitlər. Pulsuz statuslar (Zəmanətli, Əməkdaş, FF) və TN borca daxil edilmir.

Qrup bitməsindən keçən müddət

Qrupun bitməsindən nə qədər keçib, qalıq borc necə bölünür.

Proqram üzrə qalıq borc

Ən çox borc olan 15 proqram.

Məzunluq növünə görə
Müqavilə növü üzrə
Qrup üzrə borclu məzunlar

Siyahı yalnız StudyNo-dan ibarətdir, ad və əlaqə məlumatı göstərilmir.

Davamiyyət = (gəlib + gecikib) / (gəlib + gecikib + gəlməyib). Üzrlü olanlar hesaba daxil deyil. Hər dərs saatı (slot) ayrıca sayılır. Davamiyyət datası 2025-11-dən başlayır, ilk aylarda az qrup istifadə edib, ona görə defolt dövr 2026-03-dən başlayır.

Göstərici:
Seçim aşağıdakı qrafikə, cədvəllərin sıralanmasına və siyahıya təsir edir.
Qrup, proqram, müəllim və mentor üzrə bölgü

Müəllim dərs slotundakı müəllimdir (qrupun müəllimi dərsdə dəyişibsə hər biri öz dərsləri üzrə sayılır).

Cədvəl seçilmiş göstəricinin sütunu üzrə sıralanır. Davamiyyəti 75,0% -dən aşağı olanlar çəhrayı vurğulanır.

Anket cavabları 2025-07-dən (yeni formalar). Məmnuniyyət Əsas anketin Q1-Q4 suallarının orta balıdır (1-5). NPS Əsas anketin ümumi tövsiyə sualından (Q5) hesablanır; Ara anketdə tövsiyə sualı müəllimə aiddir, ona görə "NPS müəllim (Ara)" ayrıca göstərilir və ümumi NPS-ə qarışmır. Cavab verənin e-poçtu və adı yüklənmir. Müəllim və mentor qrupun təyinatından götürülür.

Göstərici:
Suallar üzrə orta bal (Əsas anket)

Q1 tədris proqramının gedişatı, Q2 müəllimin, Q3 mentorun performansı, Q4 akademiyanın fiziki şəraiti. Bal 1-5.

Təkmilləşdirilməsi ən vacib sahə (Q7)

Sual: "Code Academy-də təkmilləşdirilməsini ən vacib hesab etdiyiniz sahə hansıdır?" Hər variantı seçənlərin payı. Siyahıda olmayan yazılar "Digər" sayılır.

Müəllim və mentor reytinqi
Göstərici:

Öz balı yalnız Əsas anketdən gəlir (Q2 müəllimin, Q3 mentorun performansı, 1-5). NPS və tövsiyə balı Əsas anketdə ümumi tövsiyə sualından (Q5), Ara anketdə müəllim üzrə tövsiyə sualından (sual 1) hesablanır; yəni iki anketin tövsiyə sualı eyni mövzuda deyil. Ara anketin mentor sualı (sual 2) hələ mentor balına qoşulmur. Boz sütun: 5 cavabdan azdır, nəticə etibarlı deyil. Sütunun yanında dəyər və cavab sayı (n) yazılıb.

Müəllim, mentor, proqram, qrup və modul üzrə bölgü

Cədvəl seçilmiş göstəriciyə görə sıralanır. 5 cavabdan az olan sətirlər boz yazılır (nəticə etibarlı deyil). Q1-Q4 yalnız Əsas anketdən gəlir. Müəllimin öz qiyməti Q2, mentorun qiyməti Q3 sütunudur. Müəllim və mentor Ara anketin saatına görə təyinatdan müəyyən edilir; tapılmayanlar "qeyd olunmayıb" altındadır.

Anket əhatəsi (planlaşdırılan və cavabı gələn)

Əhatə = cavabı olan anket / planlaşdırılan anket. Gələcək tarixli anketlər sayılmır.

Şərhlər (anonim)

Tələbə = qrupa yazılmış, ləğv olunmamış müqavilə. Məzun = diplom, honor, high honor və 2017-2019 köhnə dövr məzunu. Nisbətlər bitmiş qruplar (bitməsindən 30 gün keçmiş) üzrədir; TN axını məzunluq statusu olmadığı üçün nisbətə daxil deyil.

Qrupun bitmə ili üzrə nəticə

Diplom haqqı qazanmayıb: bitmiş qrupda ən azı bir tələbənin məzunluq statusu yazılıbsa, statusu boş qalan (ləğv olunmamış) tələbə bu qrupa düşür. İştirak sertifikatı (kod 4) və kod 5 bazada 25.04.2026-dan yazılır, ondan əvvəl bu hallar ayrılmayıb. Status hələ yazılmayıb: qrupda heç kimin statusu yoxdur (universitet/nazirlik qrupları və hələ işlənməmiş yeni bitmiş qruplar).

Aktiv tələbə: proqram üzrə

Hazırda davam edən qruplar, ləğv olunmamış tələbələr.

Proqram üzrə məzun nisbəti

Ən azı 20 tələbəsi olan proqramlar. Sütunun yanında nisbət və tələbə sayı.

Aylıq yeni qeydiyyat

Qrupa yazılma tarixinə görə, ləğv olunmayanlar. Son 36 ay.

Qruplar

Yazılan = qrupa yazılanların hamısı (ləğv olunanlar daxil). Məzun % = məzunlar / ləğv olunmayanlar (bitmiş qruplarda).

Qrupa yazılanların neçəsi məzun olub, neçəsi ləğv edib və ya kəsilib. Bitmiş qruplar (bitməsindən 30 gün keçmiş), TN axını istisna. Filtrlər "Tələbələr" səhifəsi ilə ortaqdır (solda).

Proqram üzrə yazılandan məzuna

Hər proqram 100%. Ən azı 20 tələbə. Yaşıl sütun nə qədər uzundursa, itki o qədər azdır.

İl üzrə dinamika

Qrupun bitmə ilinə görə.

Seans üzrə

Standart 5 seans ayrıca, qalanı "Digər seanslar" altında.

Yazılan sayına görə itki

Qrupun yazılan sayı aralığı üzrə orta itki nisbəti (kiçik qrupda itki daha çox olurmu).

Qrup üzrə itki

İtki % = (yazılan - məzun) / yazılan. Qrupda heç kimin məzunluq statusu yazılmayıbsa (universitet/nazirlik qrupları, hələ işlənməmiş yeni bitmiş qruplar) itki göstərilmir. Davam edən qruplarda yalnız indiyə qədər ləğv olanlar sayılır.

Seçilmiş tarixdə davam edən qruplara görə. Otaq = qrupa təyin olunmuş hazırkı otaq. Tutum bazadakı otaq/qrup tutumudur.

Otaq x seans xəritəsi

Hər xana: qrup və tələbə / tutum. Yaşıl nə qədər tünddürsə, otaq o qədər doludur; qırmızı tutumdan artıq deməkdir; boz = boş. Standart 5 seans göstərilir.

Otaq üzrə vaxt doluluğu

Həftəlik standart seans vaxtının neçə faizində otaq istifadə olunur.

Qrupların otaq cədvəli (Gantt)

Seçilmiş tarixdən 30 gün əvvəl, 150 gün sonraya qədər. Rəng = seans.

Başlayacaq qruplar və boş otaqlar

Uyğun boş otaq: həmin seansda, qrupun tarix aralığında başqa qrupu olmayan və tutumu qrupun tutumuna çatan aktiv otaqlar (ən yaxın tutumdan başlayaraq).

Məlumat problemləri

Doluluq hesabına təsir edən qeyri-dəqiqliklər. Əvvəl bazada düzəldilməlidir.

Təriflər
  • Lead: Leads cədvəlində bir sətir. Təkrar müraciətlər (MergedId) hələ ayrılmayıb.
  • Tələbə: ləğv olunmamış müqaviləsi olan lead, növü soldakı "Tələbə növü" filtri ilə seçilir (defolt yalnız Retail). Növ: Fərdi müqavilələrdə Studies.Project (Retail və ya layihə adı), digərlərində status adı. Seçilməyən növdən müqaviləsi olan lead "Digər" sayılır. Layihə və digər növlər seçiləndə say göstəriciləri (neçə tələbə, ləğv, funnel) mənalıdır, lead-dən tələbəyə keçid payı isə yox, çünki bu tələbələr müqavilə ilə daxil olur. Layihələr: Müdafiə Nazirliyi, Rəqəmsal İstedadlar, Texniki Peşə Layihəsi (pulsuz), Career+, Technest Junior, Creative School və FF (Friends of Friends) layihə tələbələridir, retail deyil. 2020-2023-də bütün müqavilələr Retail idi, layihələr 2024-dən var (2024: ~234, 2025: ~59, 2026: ~228 müqavilə). Bizə ödəniş etməyən tiplər də sayılmır: Zəmanətli (təkrar təhsil alanlar), Əməkdaş (öz işçilərimiz), Şirkət (korporativ), Borc sazişi, FF (For Future layihəsi), TN (Təhsil Nazirliyi).
  • Ləğv olunmuş müqavilə: Müqaviləsi ləğv olunub və aktiv müqaviləsi qalmayıb (növ filtri tətbiq olunur). Səbəb Cancels və CancelReasons cədvəllərindədir.
  • Lost (əl ilə): Notes cədvəlində Status = 6 qeydi olan lead, səbəbi menecer seçib. Səbəb Description JSON-undakı Reason sahəsindədir.
  • Avto-lost: sistemin yaşa görə avtomatik bağladığı lead (səbəb: 1 yaşdan çox olması, 90 gündən çox olması, Aktivlik yoxdur), həmçinin Leads.Status = 4. Menecer qərarı deyil, ona görə Lost-dan ayrı göstərilir. "Aktivlik yoxdur" səbəbi də avtomatikdir: 01.09.2026-dan sistem 90 gün aktivlik olmayan lead-i özü bağlayır (ilk gün 4 924 köhnə lead bağlanıb, sonra hər gün təxminən 90-93 günlük lead-lər). Ona görə köhnə illərin açıq lead-lərinin bir hissəsi 01.09.2026-dan Avto-lost kimi görünür.
  • Açıq: Leads.Status = 0 olan və tələbə, lost, ləğv olunmuş müqavilə olmayan lead.
  • Digər: Leads.Status = 3 (Ignore) və Win (Status 1) olub aktiv Fərdi müqaviləsi olmayan lead-lər. Win olanların çoxunun başqa tip müqaviləsi və ya layihə (qeyri-retail) müqaviləsi var (Zəmanətli, Şirkət, Əməkdaş və s.), bunlar retail deyil. Yoxlama: 2021-dən Win olub aktiv Fərdi müqaviləsi görünməyən 1 209 lead-in 972-si ləğv olunmuş Fərdi, 211-i başqa tip müqavilə, yalnız 26-sı müqaviləsiz və ya başqa lead-ə bağlıdır.
  • Paylar (%): seçilmiş bütün lead-lər üzrə hesablanır. Son 2–3 ayın lead-ləri hələ qərara çatmadığı üçün onların tələbə payı aşağı görünür.
  • Görüşdə yaranan lead: ilk məsləhət görüşü lead yarandıqdan ən çox 60 dəqiqə sonra qeydə alınıb. Tələbə görüşə gəlir, anket doldurulur və lead orada açılır. Kanal hesabatında: mənbə sahəsi doludursa lead öz mənbəsində qalır; mənbəsi boş (və ya organic) olanlar "Organic" (qapıdan gələn) sayılır. Funnel-də və Sürət-də (lead növü) ayrıca filtrlənir və lead-əsaslı göstəricilərdən çıxarılır.
  • Menecer (lead sahibi): Leads.UserId dolusa həmin şəxs. Boşdursa leadi gətirən / nəticəyə səbəb olan şəxs. Win lead: görüşdə yaranıbsa (qapıdan gələn) "Organic"; yoxsa görüşü təşkil edən şəxs (Tasks, tip "Görüş", görüşə ən yaxın tapşırığın cavabdehi), sonra görüşdən əvvəlki son zəngi edən, sonra görüşdən əvvəl qeyd yazan; heç iz yoxdursa və görüşü varsa "Organic". Əl ilə Lost: lost qeydini yazan (Notes.CreatedBy), yoxdursa son zəngi edən, son qeyd yazan. AutoLost, açıq lead, Ignore: son zəngi edən, yoxdursa son qeyd yazan, yoxdursa Görüş tapşırığının cavabdehi. Heç iz yoxdursa "Təyin olunmayıb". Diaqnostika: menecersiz Win leadlərin (görüşü olan) 67%-də Görüş tapşırığı var, 30%-də heç iz yoxdur (Organic); Win olmayan menecersizlərin 98%-dən çoxunda iz tapılır. Tapşırıq cavabdehi lead sahibi ilə həmişə eyni deyil (Leads.UserId dolu leadlərdə təxminən yarısında üst-üstə düşür), buna görə bu qayda yalnız UserId boş olanlara tətbiq olunur. Qapıdan gələn: ilk görüş lead yarandıqdan 60 dəqiqə içində olub (SQL-də 60 dəqiqə sabitdir, R/01_definitions.R-dəki WALKIN_MINUTES ilə eyni saxlanmalıdır). Real bazada ilk işə salınmada nəticə yoxlanmalıdır.
  • Funnel mərhələləri: Lead, Məsləhət görüşünə gəlib (Meeting cədvəlində qeydi var: adam gəlib və anketi doldurub; bu sheetdəki "intervyu" sayıdır), o cümlədən görüş keçirilib (IsStarted = 1: görüş həqiqətən başlayıb; bəzi adamlar anketi doldurur, amma gözləməyə vaxtı olmadığı üçün görüşə girmir), Müqavilə imzalanıb (aktiv və sonradan ləğv olunmuş Fərdi müqavilələr birlikdə; ləğv olunanlar cədvəldə ayrıca sətirdədir), İlk ödəniş (müqaviləyə görə real ödənişlər cədvəlində (PaymentTransitions) müsbət ödənişi olan lead; taksiti hissə-hissə ödəyən də sayılır, geri qaytarma ödəniş sayılmır). Müqavilə imzalama görüşü ayrıdır və funnel-də yoxdur. Mərhələlər ardıcıl olmaya bilər, 'Data keyfiyyəti' kartına bax.
  • Lost səbəbi: Notes.Description JSON-undakı Reason sahəsi. Əl ilə bağlanan lead-lərin yarıdan çoxu ümumi "Digər" səbəbi ilə qeyd olunur. Avto-lost ayrıca göstərilir və 'Lost səbəbləri' səhifəsində qutu ilə əlavə olunur.
  • Müqavilə ləğvi: Fərdi müqaviləsi ləğv olunub (Studies.IsCanceled). Səbəb Cancels və CancelReasons cədvəllərindədir. Ləğv payı = ləğv olunan / imzalanan müqavilələr (müqavilənin yarandığı dövrə görə). Ətraflı səbəblər yalnız 2026-dan qeyd olunur, əvvəl yalnız 'Öz istəyi ilə' və 'Code tərəfindən' idi. Texniki ləğv (yenidən rəsmiləşdirmə, dublikat) itki sayılmır. Cancels.Value doldurulmur, ona görə ləğvin məbləği göstərilmir.
  • Hədəflər (LIR): Hədəflər MonthlyTargets (lead, görüş, qeydiyyat, satış məbləği) və MonthlyEducationTargets (proqram üzrə satış) cədvəllərindəndir. Main = əsas hədəf, Nice = olsa daha yaxşı, Well = olsa super (istifadəçi təsdiqləyib, satış rəhbəri ilə dəqiqləşdirilməlidir). Fakt: lead = həmin ayda yaranan lead (trash xaric); görüş = həmin ayda görüşü olan unikal lead; qeydiyyat = həmin ayda imzalanan Fərdi müqavilə (ləğvsiz, bonus qrup sətri olmayan, qiyməti 0-dan böyük); satış məbləği = həmin müqavilələrin qiymət cəmi (Studies.PaymentCost). Proqram tələbənin yazıldığı qrupun proqramıdır; hədəfdə birləşdirilmiş proqramlar bir sətirdədir. Sol filtrlər bu səhifəyə tətbiq olunmur. Satış komandasının cədvəli bəzi müqavilələri lead-in müraciət etdiyi proqrama yaza bilər, ona görə kiçik fərq ola bilər.
  • Maliyyə: Gəlir = real ödənişlərin xalis cəmi (PaymentTransitions.Date-ə görə, geri qaytarmalar çıxılır). Plan = taksitlərin planlı tarixinə (Payments.Date) görə cəmi. Borc = ləğv olunmamış müqavilənin, ləğv olunmamış və IsPaid = 0 olan taksitinin qalığıdır (Value minus hissəli ödəniş); planlı tarixi keçibsə gecikmiş borcdur. Real ödənişlərin xalis cəmi müqavilənin qiymətinə (PaymentCost, 1 AZN tolerans) çatıbsa, müqavilə qapanmış sayılır və taksitlərində IsPaid işarəsi qoyulmasa belə borc yoxdur. Gecikmiş borc canlı və hərəkətsiz hissəyə bölünür: müqavilənin son real ödənişi 180 gündən çoxdur və ya heç olmayıbsa, borc "hərəkətsiz" (bərpası şübhəli) sayılır, əks halda canlıdır. Hesabat 2020-dən sonrakı taksit və ödənişləri yükləyir. Gözlənilən gəlir = planlı tarixi gələcəkdə olan taksitlərin qalığı. Ləğv olunmuş müqavilələrin ödənilməmiş taksitləri borc və plan sayılmır. Planlı tarixi bu gündən 2 ildən çox irəlidə olan taksitlər (bazada 2029, 2918, 3028 kimi tarixlər var) yanlış sayılıb kənarlaşdırılır. Müqavilənin qiyməti Studies.PaymentCost-dur (aktiv retail müqavilələrin 97%-də taksit cəmi qiymətə bərabərdir). Ödəniş növü (PaymentTransitions.PayMentType): Nağd, Paşa terminal, API, Birbank, Kapital terminal. Plana görə yığım = seçilmiş dövrdə planlı tarixi çatmış taksitlərin ödənilmiş hissəsi / planlı məbləğ. Gəlir hədəfi MonthlyTargets cədvəlindəndir: TotalCash = nağd satış (həmin ayda imzalanan müqavilələrdən daxilolma) + yığım (əvvəlki müqavilələrin taksitləri); real rəqəm həmin ayın xalis daxilolmasıdır, "tempə görə" hədəfin ayın günlərinə bərabər bölünməsidir. Bu ayın qalanı bu gündən ay sonuna qədər, gələn ay növbəti təqvim ayı üçün gözlənilən qalıqdır. CPL və CAC reklam xərci mənbəyi olmadığı üçün hələ yoxdur.
  • Giriş və Admin: hesabata yalnız admin siyahıya əlavə etdiyi @code.edu.az Google hesabları daxil ola bilir (parol yoxdur; limit 10 istifadəçi, sessiya 8 saat). Rollar: Owner hər şeyi edir və admin təyin edir, admin yalnız baxıcıları idarə edir (admin təyin edə bilməz), baxıcı yalnız baxır. Hər baxıcıya hansı səhifələri görəcəyi seçilir (defolt Maliyyə istisna olmaqla hamısı, Təriflər hamıya açıqdır). Admin bölməsini yalnız adminlər görür: istifadəçi əlavə etmək, səhifə icazələri, hesabı bağlamaq və giriş jurnalı. Admində istifadə statistikası da var: giriş sayı, sessiya, aktiv vaxt (siçan/klaviatura fəaliyyəti olan vaxt, 5 dəqiqə fəaliyyətsizlik sayğacı dayandırır) və bölmələr üzrə baxış. Giriş etdikdən sonra Code Academy Reports səhifəsində icazəsi olan hesabatların qutuları görünür; icazə iki pilləlidir (hansı hesabat, hesabatın içində hansı səhifə). Hələlik e-poçt və parolla, server hazır olanda Google ilə.
  • Menecer: Leads.UserId, yəni leadə təyin olunan şəxs. Leadi bağlayan şəxs fərqli ola bilər.
  • Məsləhətçi (görüş): Meeting.UserId, yəni görüşü aparan şəxs. Menecerdən (Leads.UserId) fərqli ola bilər.
  • Yeni / Təkrar görüş: Yeni lead-in (LeadId) ilk görüşüdür, Təkrar lead-in sonrakı görüşləridir. Rəhbərliyin qaydasına görə adam 3 ay ərzində gələndə eyni lead olur (Təkrar), 3 aydan sonra gələndə yeni lead açılır və o görüş yenə Yeni sayılır. Təkrar gəlişlər bazada çox vaxt ayrıca görüş kimi yazılmır, ona görə Təkrar sheetdən az çıxır (sentyabrda sheetdə 75, bazada 2). Yeni sheetə yaxındır (avqust 356, sentyabr 412, sheet 346 və 404). Qeyd: bu qayda hələ rəhbərliklə tam dəqiqləşdirilir.
  • Qrafikə klik (çarpaz filtr): Hər səhifədə qrafikdə sütuna, nöqtəyə və ya funnel mərhələsinə klikləyəndə səhifə yalnız həmin seçim üzrə hesablanır (məs. Görüşlər səhifəsində məsləhətçiyə klik: bütün kartlar və cədvəllər onun məlumatı olur; heç nə yoxdursa boş göstərilir). Klik etdiyiniz qrafik öz ölçüsü üzrə süzülmür, seçilən vurğulanır. Fərqli qrafiklərdə seçilənlər birləşir, eyni qrafikdə yeni klik əvvəlkini əvəz edir, təkrar klik ləğv edir. Yuxarıdakı "Filtr:" zolağında seçim görünür, "sıfırla" onu silir, başqa səhifəyə keçəndə də sıfırlanır. Diqqət: seçilmiş qrupda bəzi göstəricilər avtomatik yüksək olur (məs. Funnel-də mərhələyə klik: həmin mərhələ 100%). Ləğvlər səhifəsində səbəb seçiləndə müqavilə sayı dəyişmir, yalnız həmin səbəblə ləğv olunanlar ləğv sayılır.
  • Sürət: Median müddətlər yalnız irəliləyən lead-lər üzrə hesablanır (görüşə gələn, imza atan), n həmişə göstərilir. "Görüşdə yaranan" lead-lər lead-əsaslı göstəricilərdən çıxarılır, mənfi müddətlər sayılmır. İlk əlaqə = menecerin ilk qeydi (sadə qeyd və ya zəng qeydi), ilk zəng yalnız zəng qeydi. Son 1-2 ayın lead-ləri hələ gözləyə bilmədiyi üçün müddət qısa görünür. Müddətin paylanması qrafikində sütuna klikləyəndə (məs. 15–30 gün) Sürət səhifəsindəki bütün kartlar və cədvəllər yalnız həmin müddətə düşən lead-lər üzrə hesablanır, təkrar klik və ya "sıfırla" filtri ləğv edir.
  • Qeydiyyat: imzalanan və ləğv olunmamış müqavilə, müqavilənin imza tarixinə görə (rəhbərliklə təsdiqlənib: ləğv olunan müqavilə sheetdən silinir). Məsləhətçi = lead-in imzadan əvvəlki ilk görüşünü aparan şəxs (təkrar gəlişdə başqa məsləhətçi görüşsə də qeydiyyat ilk görüşənə yazılır). Görüşü olmayan imza müqaviləni imzalayan işçiyə yazılır. Sheetlə yoxlanılıb: sentyabrda dörd məsləhətçidə də tam, avqustda ±1. Qeydiyyat % = Qeydiyyat / Yeni görüş. Növ filtri (Retail və s.) tətbiq olunur. Köhnə ayların rəqəmi sonradan ləğv olunan müqavilələrə görə azala bilər, sheet isə həmin ayın snapshotıdır, ona görə 1-2 fərq normaldır.
  • Ləğv olunmuş müqavilə (Ümumi baxış kartı): lead səviyyəsində say: müqavilə imzalayıb, sonra ləğv edib və aktiv müqaviləsi qalmayan lead-lərin payı (trashsız bütün lead-lərə görə). "Müqavilə ləğvləri" səhifəsindəki ləğv payı isə müqavilə səviyyəsindədir (ləğv olunan müqavilə / bütün müqavilə), ona görə iki rəqəm fərqlənir.
  • İl və Ay filtri: çoxlu seçim edilə bilər (məs. 2025 və 2026, yalnız yanvar və iyun). Tarix aralığı seçimə görə avtomatik dəyişir. Tarixi əllə dəyişsəniz, İl və Ay seçimi təsir etmir (fərdi aralıq).
  • Export: hər cədvəlin altında Excel və CSV düymələri var, cədvəl ekranda göründüyü kimi yüklənir. 1000 sətirdən çox olanda Excel düyməsi avtomatik CSV verir. CSV ayırıcısı nöqtəli vergüldür (;), Azərbaycan yerli Excel-də düz açılır.
  • Lost səbəblərində "Digər" və "Az rast gəlinən səbəblər": "Digər" menecerin CRM-də özü seçdiyi səbəbdir (dəqiq səbəb göstərilməyib). "Az rast gəlinən səbəblər" yalnız qrafikdə ilk 8 səbəbdən kənar qalan konkret səbəblərin cəmidir, tərkibi sütunun üstünə gələndə görünür.
  • Ləğv səbəbləri "(digər)": köhnə ümumi səbəblər ("Öz istəyi ilə (digər)", "Code tərəfindən (digər)") ətraflı səbəb seçilməyən ləğvlərdir. Obrilər də bu qrupa düşür, ona görə "digər" adlanır.
  • Dərs başlamazdan əvvəl və ya sonra ləğv: ləğv tarixi qrupun başlama tarixi (Groups.StartDate) ilə müqayisə olunur: başlama günündən əvvəl = dərs başlamazdan əvvəl, başlama günü və sonrası = dərs başladıqdan sonra. Qrupu və ya başlama tarixi olmayan müqavilə ayrıca "naməlum" sayılır. Qrup başlama tarixi səhv yazılıbsa (məs. 2037), həmin müqavilə "əvvəl" kimi sayıla bilər.
  • Müqayisə səhifəsi: Seçilmiş ayı keçən ay, keçən ilin eyni ayı (və ilin əvvəlindən yığılmış YTD) və ümumi ortalama ilə müqayisə edir; Lead (trash çıxarılır), Görüş (Yeni görüş) və Qeydiyyat (Retail və s., imza tarixinə görə) üçün. Bu səhifə soldakı tarix filtrinə tabe deyil, öz ay seçimi var. Görüş və Qeydiyyat iş günü ilə (bazar ertəsi–şənbə, bayramsız), Lead təqvim günü ilə sayılır. Natamam (cari) ay üçün üç rejim var: Eyni gün kəsimi (Lead ayın ilk N günü, Görüş və Qeydiyyat ayın ilk K iş günü; dünənə qədər tam günlər), Proqnoz (hər üç göstərici: dünənə qədər keçən gün başına orta x ayın gün sayı; təxmindir, tipik xəta ayın ortasında ±8–14%, sonunda ±2–6%, ayın ilk 7 günündə göstərilmir) və Cari rəqəm (indiyə qədər yığılan, tam aylarla müqayisədə yanıldıcı ola bilər). İş günü təqvimi: keçmiş qeyri-iş günləri bazadan (bazar ertəsi–şənbə günü heç bir görüş yoxdursa), gələcək bayramlar R/01_definitions.R siyahısından (dini bayramlar hər il əl ilə əlavə olunur). Ortalama seçilmiş aydan əvvəlki tam aylardan hesablanır (son 12, son 24, bütün tam aylar və ya eyni təqvim ayı; sonuncu mövsümü nəzərə alır). Hədəf (plan) müqayisəsi yoxdur, çünki MonthlyTargets cədvəli yalnız sentyabr 2026-dan doldurulub.
  • Trash: Lost səbəbi "Saxta Müraciət" olan lead (səhvən və ya saxta gələn). Menecerlər saxta müraciətləri tez-tez "Çərçivədən kənar" səbəbi ilə də bağlayır, ona görə səbəbi "Çərçivədən kənar" olub qeydində "saxta", "fake", "feke", "trash" sözü olan (və ya qeyd tam olaraq "test" olan) lead-lər də trash sayılır (qeydin mətni hesabata yüklənmir, yalnız bu işarə). Trash lead sayından və paylardan çıxarılır, sayı Ümumi baxışda ayrıca yazılır. Qeyd: bu tərif sonradan (oktyabr 2026) genişləndirilib, əvvəlki hesabatlardakı lead sayı bir qədər çox idi.
  • Çərçivədən kənar: real maraqla gələn, amma müraciət etdiyi tədris bizdə olmayan lead (məsələn Database Engineering). Lost-da qalır, Lost səbəbləri səhifəsində aylar üzrə ayrıca göstərilir. Bu, yeni proqram üçün tələb siqnalıdır.
  • Davamiyyət (Academic Department): Davamiyyət = (gəlib + gecikib) / (gəlib + gecikib + gəlməyib). Üzrlü olanlar (status 3 və qeydi "icazəli" olan 0) məxrəcdən çıxarılır. Kodlar: 1 gəlib, 2 gecikib (erkən çıxma da), 0 gəlməyib, 3 üzrlü. Hər dərs saatı (slot) ayrıca sayılır. Ləğv olunmuş dərslər və tələbənin müqaviləsini ləğv etdiyi tarixdən sonrakı dərslər sayılmır. Data 2025-11-dən başlayır, ilk aylar natamamdır. Status 0 olub qeydində "online" yazılan təxminən 340 sətir düzəldilməyib (onlayn qoşulub, amma gəlməyib işarələnib).
  • Satisfaction (Academic Department): Mənbə anket cavablarıdır (2025-07-dən yeni formalar: Əsas anket 20 xana, Ara anket 15 xana). Razılıq balı: Tamamilə razıyam 5, Razıyam 4, Nə razıyam nə də razı deyiləm 3, Razı deyiləm 2, Tamamilə razı deyiləm 1. Əsas anket sualları: Q1 tədris proqramının gedişatı, Q2 müəllimin performansı, Q3 mentorun performansı, Q4 akademiyanın fiziki şəraiti, Q5 tövsiyə (1-10), Q7 təkmilləşdirilməsi ən vacib sahə. Məmnuniyyət = Q1-Q4 orta balı. NPS = tərəfdar (tövsiyə balı 9-10) payı minus tənqidçi (1-6) payı. NPS yalnız Əsas anketin ümumi tövsiyə sualından hesablanır; Ara anketdə tövsiyə sualı müəllimə aiddir və ayrıca "NPS müəllim (Ara)" kimi göstərilir. Ara anketin sualları: 1 müəllimdən təkrar təhsil alardınızmı / tövsiyə (1-10), 2 mentorun performansı (5 pilləli razılıq), 3 təkmilləşdirilməsi ən vacib sahə, 4 şərh; tövsiyə sualı müəllimə aiddir, Əsas anketdə isə ümumi tövsiyədir. Anket əhatəsi = cavabı gələn anket / planlaşdırılan anket. Cavab verənin e-poçtu və adı yüklənmir; şərhlər anonim və yalnız düymə ilə göstərilir. Müəllim və mentor qrupun kurikulum təyinatından anketin saatına görə tapılır, tapılmayanlar "qeyd olunmayıb" sayılır.
  • Tələbələr (Academic Department): Tələbə = qrupa yazılmış, ləğv olunmamış müqavilə. Aktiv tələbə = hazırda davam edən (başlama <= bu gün <= bitmə) qrupda. Onlayn = Campus 1, qalanı oflayn. Məzunluq statusu (GraduateStatus): 0 diplom, 1 honor, 2 high honor, 3 köhnə dövr məzunu (2017-2019), 4 iştirak sertifikatı (proqramı bitirməyib, yalnız sertifikat), 5 diplom haqqı qazanmayıb (final nəticəsinə görə), boş = status yazılmayıb. Kod 4 və 5 bazada 25.04.2026-dan yazılır. Qayda: bitmiş qrupda ən azı bir ləğv olunmamış tələbənin statusu yazılıbsa, statusu boş qalan ləğv olunmamış tələbə diplom haqqı qazanmayıb sayılır (oxumağı dayandıranlar da buraya düşür). Qrupda heç kimin statusu yoxdursa (universitet/nazirlik qrupları, hələ işlənməmiş yeni bitmiş qruplar) tələbələr 'Status hələ yazılmayıb' qalır və itkiyə daxil edilmir. ParentStudyId dolu sətirlər (ana qrupdan sonra açılan bonus qrup) ikiqat saymamaq üçün çıxarılır. Qeydiyyat tarixi Studies.CreatedAt-dir; qrup başlamasından 45 gündən çox sonra yaranmış sətirlərdə (məs. may 2026 TN/CFF importu) qrup başlama tarixi götürülür. Məzun = 0, 1, 2, 3. Məzun nisbəti = məzunlar / bitmiş qrupların (bitməsindən 30 gün keçmiş) ləğv olunmayan tələbələri. TN = Təhsil Nazirliyi axını ayrıdır, məzun nisbətinə və borca daxil edilmir. FF = Friends of Friend (pulsuz). Bal bazada saxlanmır, ona görə diplom növləri (65 / 85 / 95 balı) bal ilə deyil status koduna görə göstərilir.
  • Qrup doluluğu (Academic Department): Bitmiş qruplarda yazılanın neçəsi məzun olub. İtki = yazılan - məzun; ləğv, iştirak sertifikatı, diplom haqqı qazanmayıb və status yoxdur hissələrə bölünür. Ləğv tarixi bazada saxlanmır, ona görə itkinin hansı həftədə baş verdiyi bu səhifədə göstərilmir.
  • Otaqlar (Academic Department): Davam edən qrup = başlama <= seçilmiş tarix <= bitmə (IsActive işarəsinə baxılmır). Otaq = qrupa təyin olunmuş hazırkı otaq (Groups.RoomId); otaq tarixçəsi hələ istifadə olunmur. Seanslar: 1-ci 09:00-12:45, 2-ci 14:00-17:45, 3-cü 19:00-21:45 (həftə içi), 4-cü 10:00-14:45 və 5-ci 15:30-20:15 (həftə sonu, şənbə və bazar). Otaq vaxt doluluğu = otaqda dərs keçən seansların vaxtı / 5 standart seansın həftəlik vaxtı. Yer doluluğu = offline tələbə (Campus 0) / tutum; onlayn tələbə (Campus 1) otaq yeri tutmur. Tələbəsi olmayan və ya otağı yazılmayan qruplar doluluğa daxil deyil, "Məlumat problemləri" cədvəlində göstərilir.
  • Borclu məzunlar (Maliyyə): Məzun (diplom, honor, high honor, köhnə dövr), ləğv olunmayıb, ödənilməmiş qalığı olan tələbələr. Ümumi qalıq borc = ödənilməmiş bütün taksitlərin qalığı. Vaxtı keçmiş = son ödəniş tarixi bu gündən əvvəl olan hissə, vaxtı çatmamış = fərq. 180+ gün = 180 gündən çox gecikmiş hissə. Əsas hesab ödənişli statuslardır (Fərdi, Şirkət); borc sazişi ayrıca göstərilir; pulsuz statuslar (Zəmanətli, Əməkdaş, FF) və TN daxil deyil. Ad və əlaqə məlumatı göstərilmir, yalnız StudyNo siyahısı düymə ilə açılır.
  • Səbəb "Proqram": lead proqramı uyğun saymayıb. Qeydin mətni açar sözlərlə qruplaşdırılır (Java, Python, QA, Data Science, SMM, online və s.), ilk uyğun gələn növ sayılır. Java, Python, QA, Data Science, mobil, AutoCAD, C++/C#/PHP və online bizdə tək başına yoxdur, bu da yeni proqram üçün tələb siqnalıdır. Qrup açılmayan köhnə proqramlar (Proqramlaşdırma, Qrafik və Veb Dizayn) bu qrafikə aid deyil. Növlər təxminidir (qeyd sərbəst mətndir), qeydin mətni hesabata yüklənmir, yalnız növ.
  • Proqram adları: adı dəyişən proqramların köhnə və yeni adı birləşdirilib yeni adla göstərilir (R/01_definitions.R, PROGRAM_ALIASES): Qrafik və Veb Dizayn və Qrafik Dizayn və Vizual Kommunikasiyalar → Peşəkar Qrafik Dizayn; AI Assisted Programming, Front-End, Back-End və full stack proqramları → AI Software Engineering.
  • Proqram (görüş): LeadToEducation cədvəlindəki proqramlar (Meeting.ProgramId həmişə boşdur). Lead-in bir neçə proqramı varsa, görüş hər proqramda sayılır. 2026-da eyni proqram leada bir neçə dəfə yazılıb, dublikatlar təmizlənir.
  • Proqram (qeydiyyat): müqavilənin yazıldığı qrupun proqramı (Studies.GroupId → Groups.EducationId). Hər müqavilə yalnız bir proqramda sayılır. Sheetlə yoxlanılıb: sentyabrda Retail 135 müqavilə, proqram üzrə sheetə 1-2 fərqlə uyğun gəlir. Lead-in seçdiyi proqram bunun üçün istifadə olunmur, çünki tələbə bir neçə proqram seçəndə imza hamısında sayılırdı.
Datanın məhdudiyyətləri
  • Lead ilə müqavilə arasındakı əlaqə 2021-dən etibarlıdır. 2020 keçid ilidir, 2016-2019-da bu əlaqə yoxdur.
  • Yeni lead-lərin statusu 1-2 ay ərzində dəyişir (açıq lead-lər lost və ya tələbə olur). Sentyabr lead-ləri 4 oktyabrda 546 açıq idi, 27 oktyabrda 379: ona görə son 1-2 ayın "Açıq" payı sonradan azalacaq.
  • Sentyabr 2026 yoxlaması: lead sayı, mənbə bölgüsü və görüş sayı sheetlə eyni çıxdı. Mənbə sahəsi sentyabrda boş deyil, aşağıdakı 84% isə tarixi data üçündür.
  • Görüşdə yaranan lead-lərin təxminən 84%-nin mənbə sahəsi boşdur (tarixi data). Onlar artıq 'Organic' qrupundadır (qapıdan gələn), ona görə 'Mənbəsiz' qrupu xeyli kiçikdir. Mənbə sahəsi mart 2026-a qədər başqa hallarda da boş ola bilirdi, 2026-da Organic və WhatsApp/zəng artımının bir hissəsi əvvəl boş olan leadlərdən ola bilər.
  • 'Sayt' mənbəsi müxtəlif trafikləri birləşdirə bilər. Onun içini UTM sahəsi ilə ayırmaq planlaşdırılır.
  • WhatsApp və zəng əlaqə üsuludur, reklam kanalı olmaya bilər.
  • Reklam xərcləri bazada yoxdur, ona görə CPL və CAC hələ hesablanmır.
  • Real ödəniş tarixi PaymentTransitions cədvəlindədir, hələ qoşulmayıb. İlk ödəniş mərhələsi ödənilmiş taksitin olub-olmamasına baxır.
Mənbə qrupları

Dəyişmək üçün R/01_definitions.R faylındakı SOURCE_GROUPS siyahısını düzəlt.

Hesabatı görə biləcək adamları buradan idarə edirsiniz. Yalnız @code.edu.az ünvanları əlavə olunur, limit: 10 istifadəçi (admin daxil). Owner hər şeyi edir, admin yalnız baxıcıları idarə edir (admin təyin edə bilməz). Hər baxıcı üçün hansı hesabatları və hesabatın içində hansı səhifələri görəcəyi seçilir. Admin və Owner hamısını görür. Təriflər hamıya açıqdır.

İstifadəçilər
İstifadə statistikası

Aktiv vaxt: hesabatla işləyərkən sayılır (siçan və ya klaviatura hərəkəti var). 5 dəqiqə fəaliyyət olmasa və ya səhifə gizlənsə, sayğac dayanır. Statistika yalnız bu funksiya işə düşəndən sonrakı baxışları göstərir. Cədvəldə istifadəçiyə klikləsəniz, KPI və qrafiklər onun üzrə süzülür.

İstifadəçilər üzrə
Günlər üzrə aktiv vaxt (saat)
Hesabatlar üzrə aktiv vaxt
Bölmələr üzrə aktiv vaxt (baxış sayı üstünə gələndə)
Yeni istifadəçi
Giriş jurnalı (son 200)